"Şerif" - "Qəbələ" matçının hakimləri açıqlanıb

 

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının "Şerif"lə Moldovada keçirəcəyi UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab görüşünə təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma kiprli hakimlər briqadasına həvalə olunub.

Baş hakim Kristofi Timofeosa Savva Giorqos və Andreas Mixalidis yan xətt hakimləri kimi kömək edəcək. Moldovalı İon Orlik dördüncü hakim, Vladimir Antonov hakim-inspektor funksiyasını yerinə yetirəcək. Türkiyəli Ayşe İdil Cem isə UEFA nümayəndəsi olacaq.

Oktyabrın 24-də Tiraspolda "Şerif" İdman Kompleksinin kiçik arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş ilk oyun heç-heçə ilə yekunlaşıb - 1:1.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300