Niderlandın keçmiş baş naziri vəfat edib

 

Niderland Krallığının keçmiş baş naziri Vim Kok vəfat edib

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, sabiq hökumət rəhbəri 80 yaşında dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Vim Kok 1994-cü ildən 2002-ci ilə qədər ölkənin baş naziri vəzifəsini icra edib.

Xatırladaq ki, Vim Kok bu ilin martında Azərbaycanda səfərdə olub. O, VI Qlobal Bakı Forumunda iqtisadi inkişafın ətraf mühitin deqradasiyasına təsiri mövzusu müzakirələrdə iştirak edib. Panel iclasda çıxış edən Vim Kok bildirib ki, hazırda inkişaf etmiş ölkələr ətraf mühitin deqradasiyasının qarşısının alınması üçün iqtisadi tərəqqi proseslərini nizamlamaqla onu nəzarətdə saxlamağa çalışırlar: "Bu baxımdan Paris razılaşmasının prinsiplərinə əməl etmək və bu dəyərlərə sadiq qalmaq çox önəmlidir. Təəssüf ki, bu məsələdə müəyyən istisnalar da yaşanır. Məsələn, ABŞ prezidenti Donald Tramp bu baxımdan olduqca məsuliyyətsiz davrandı. Çünki Paris anlaşmasına imza atan dövlət başçılarının demək olar ki, hamısı götürdükləri öhdəliklərə sadiqlik nümayiş etdirirlər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300