Astarada qəza zamanı maşın yanıb, üç nəfər xəsarət alıb

 

Astara rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Şahağacı-Astara yolunun Şahağacı kəndi ərazisindən keçən hissəsində qeydə lınıb.

1995-ci il təvəllüdlü Astara şəhər sakini Şərbətzadə Fərid Fəqan oğlunun idarə etdiyi "Mercedes" markalı "10-RS-688" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini divara vurub. Bundan sonra maşında yanğın baş verib. Avtomobil yanıb. Nəticədə sürücü və daha iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Vəziyyəti daha ağır olan sürücü, həmçinin sərnişinlərdən biri - 1995-ci il təvəllüdlü Rəsulov Ələkbər Fərhad oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı isə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300