"FC Baku” – "Şahdağ” oyununda dava düşdü: meydana polis girdi-FOTOLAR

Region Liqasında hazırda davam edən "FC Baku” – "Şahdağ” qarşılaşmasının birinci hissəsində aləm qarışıb.

Uluyol.az oxu.az-a istinadən xəbər verir ki, hakimin qərarına etiraz edən "Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev onun ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib.

Elə bu məqamda "FC Baku” azarkeşləri ilə "Şahdağ”ın futbolçuları arasında dava düşüb. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmağını "Şahdağ”ın futbolçuları "həzm edə” bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar.

Bu durumda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar. Matçın AFFA nümayəndəsinin müdaxiləsindən sonra baş məşqçi sakitləşib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300