Gürcüstanda oksigen balonu partlayıb, 12 nəfər xəsarət alıb

 

Günorta saatlarında Gürcüstanın Rustavi şəhərində oksigen balonunun partlaması nəticəsində 12 nəfər xəsarət alıb.

"Report”un Gürcüstan bürosunun məlumatına görə, hadisə şəhərin 19-cu mikrorayonu ərazisindəki yaşayış binalarından birinin həyətində, avtomobil qarajının sökülməsi zamanı baş verib.

Xəsarət alanlar Rustavinin müxtəlif xəstəxanalarına yerləşdirilib. Onların arasında uşaqlar da var. Uşaqlardan biri vəziyyəti ağır olduğu üçün Tbilisidəki İaşvili klinikasına çatdırılıb.

Partlayış zamanı bir neçə avtomobil, qonşu binaların pəncərələri də zədələnib.

Faktla bağlı istintaq aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300