Etimad Əsədovun fotoları müqəddəs Kərbəlada -FOTO

 

 "Qarabağ qazilər” birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədovun fotoları İraqın Kərbəla şəhərində avtobusların öz şüşələrinə vurulub.

Bunu İraqa İmam Hüseynin Kərbəla şəhərindəki məzarına ziyarətə gedən Qarabağ qaziləri olan zəvvarlar edib.

Bununla onlar Baş Qazi Etimad Əsədova olan ehtiramlarını nümayiş etdiriblər.

Bir çox avtobuslarda E.Əsədovun fotoları Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun fotoları ilə yanaşı vurulub.


Xatırladaq ki, Etimad Əsədov oktyabrın 16-da səhər saatlarında vəfat edib.

Əsədov Ehtimad Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 - ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirəzyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri” ictimai birliyinin sədridir.

Ali təhsillidir.

Ailəli idi. İki övladı yadigar qalıb – bir oğlu, bir qızı!

 

(qaziler.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300