Fikrət Qoca hər kəsi "Hər yer ədəbiyyat” aksiyasına dəstək verməyə çağırdı

"Hər yer ədəbiyyat” aksiyasına AYB üzvləri də qoşuldu

Bir neçə gündür ki, sosial şəbəkələrdə yazarlar #heryeredebiyyat haştaqı ilə paylaşım edərək, kampaniyaya başlayıblar. Paylaşımların hamısı eyni mətndən ibarətdir: "Ədəbiyyat həyatdan maraqlıdır. Müasir yazarlar sizin üçün yeni bir dünya yaradıb. Həyatınızı dəyişmək istəyirsinizsə, sizi bu dünyaya dəvət edirik”. Kampaniyaya artıq millət vəkilləri, ictimaiyyətin tanınmış simaları, sənətçilər də dəstək olur, öz fikri və rəylərini bildirir və yaxud kamera qarşısında eyni mətni səsləndirib, həmin haştaqla sosial şəbəkədə paylaşımlar edir.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca da "Yeni Müsavat”a danışaraq, hər kəsi bu aksiyaya qoşulmağa dəvət edib:

"Gənclərin özlərinin belə bir təşəbbüs irəli sürməsi çox yaxşıdır. Yaşlı yazıçılar da bu aksiyaya dəstək olaraq, gənclərə kömək etməli, həvəsləndirməlidirlər. Gənc yazarlar bizim övladlarımız kimidir, onları çox tənqid etmək olmaz, necə ki, uşaqları çox danlayanda yaxşı nəticəsi olmur. Beləliklə, gəncləri ürəkləndirmək lazımdır. Əgər onların yüz şeiri içərisində birisi gözəl olarsa və yaxud uzun şeirində 2 misra gözəl alınarsa, bunu göstərməliyik. Həm oxucu görsün ki, yaxşı nədir, həm də şairin özü bu barədə müzakirə etsin, bilsin ki, niyə bir şeirini bəyəndilər, digərini bəyənmədilər. Hamı istedadlı şair, yazıçı ola bilmir. Əgər əvvəldə yüz adam yaradıcılığa başlayırsa, sonda onların 3-4-ü bu sahədə qalır. Sona qədər şair, yazıçı olmaq əslində çox çətindir. Bu, mübarizlik tələb edir. Bəzən gənclər məhəbbətdən çox yazır. Lakin ailə həyatı qurduqdan sonra qayğıları artır, başqa sənətin arxasınca getməyə məcbur olur, yaradıcılıq yaddan çıxır. Buna baxmayaraq öz şairlik təbiətini qoruyub saxlayır. Şair olmaq üçün ilk növbədə ədalətli, mədəni olmalı, hətta ən böyük düşməninə belə hörmətlə yanaşmağı bacarmaq lazımdır. Ümumiyyətlə, gənclərlə yaxşı münasibət bəsləmək lazımdır. AYB hər zaman gəncləri qəbul edir. Hazırda AYB 20 gənc yazıçıya aylıq təqaüd verir. Əslində bunlar çox vacib şeylərdir”.

Qeyd edək ki, AYB-nin üzvü olan millət vəkili Aqil Abbas, Seyran Səxavət və digərləri də mətbuata müsahibə və açıqlama verərək, "Hər yer ədəbiyyat” aksiyasına dəstək olublar.

Xalidə Gəray, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300