Bolqarıstanda öldürülən jurnalistin qatili Almaniyada yaxalanıb

 

Bolqarıstan şimal-şərqindəki Rusçuk şəhərində oktyabrın 6-da öldürülən jurnalist qadın Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxs Almaniyada həbs olunub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Bolqarıstanın Baş naziri Boyko Borisov, baş prokuror Sotir Tzatzarov və daxili işlər naziri Mladen Marinovun birgə keçirdikləri mətbuat konfransında cinayətkarın 21yaşlı Severin Krasimirov olduğu açıqlanıb. Verilən məlumata görə, jurnalist Viktoriya Marinova Tuna çayı sahilində hücuma məruz qalıb.

Krasimirovun keçmiş boksçu olduğu və hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Baş nazirin sözlərinə görə, aparılan testlər qətlin Krasimirov tərəfindən törədildiyini tam təsdiqləyir.

Baş prokuror bildirib ki, hazırkı mərhələdə Viktoriya Marinovanın öldürülməsinin onun peşə fəaliyyəti ilə bağlı olduğunu demək mümkün deyil və istintaq bütün versiyaları nəzərdən keçirir. "Hazırda əldə edilən dəlil-sübutlar göstərir ki, qurbana hücum anidən baş verib və məqsəd seksual təcavüz olub”, - deyə baş prokuror qeyd edib.

Otuz yaşlı Viktoriya Marinova regional TVN televiziyasının administrativ direktoru və aparıcısı idi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300