Dünya demokratiyasının keyfiyyəti təhlükə altında -Reytinq cədvəli

 

Almaniyanın "Bertelsman” fondunun araşdırmasına görə Avropa Birliyinə, habelə İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına daxil olan 26 ölkədə demokratiyanın keyfiyyəti olduqca aşağı düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt” qəzeti məlumat yayıb.

Bu təkcə Macarıstan, Polşa kimi problemli qəbul edilən dövlətlərə aid deyil.

Demokraiya reytinqində 9-cu sıranı tutan ABŞ-ın özü belə birdən-birə 9 pillə aşağı düşərək 18-ci pillədə qərarlaşıb.

Yazı müəllifi Torsten Rike ekspertlərin ABŞ-ın reytinqinin düşməsinə əsas məsuliyyətin Donald Trampda olduğunu bildirirlər.

"Mətbuatı düşmən adlandıran, onun müstəqil nəzarət funksiyası daşıdığını qəbul etməyən və inanmayan bir prezident utanc hissi doğurmaqla bərabər, demokratiya və azadlıq üçün təhlükə əxz edir", - Torsten Rike araşdırmada yer alan cümləni yazıb.

Reytinqdə ilk yerləri İsveç, Norveç, Finlandiya və Danimarka tutur.

5-cı sırada Almaniya qərarlaşıb. Lakin buirda da ekspertlər iqtisadi islahatları çətinləşdirən siyasi qütbləşmənin böyüdüyünü qeyd edirlər.

Polşa 2014-cü ildən bu yana 29 sıradan 37-yə düşüb. Macarıstan və Türkiyə isə bu siyahıda 40 və 41-ci yerləri bölüşdürürlər.

"Demokratiyanın imicini aşağı salan səbəblərdən biri də hökumətlərin qərarların qəbulunda vətəndaşları daha az cəlb etməsidir. Bu isə sıravi insanlara öz hədəflərinə çatmaqda çətinlik törədir və ya ümumiyyətlə imkan vermir”,- Rike qeyd edir.

Yazıda Polşa, Macarıstan, hətta ABŞ kim ölkələrdə situasiyaın daha da pisləşməsinin gözlənildiyi qeyd olunub.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300