İstanbulda yoxa çıxan Qaşıqçının son fotosu

 

İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna girdikdən sonra müəmmalı şəkildə yoxa çıxan jurnalist Camal Qaşıqçının son fotosu yayılıb.

Axar.az xəbər verir ki, "Vaşinqton Post”un yaydığı fotoda Qaşıqçının konsulluğa giriş vaxtının 2 oktyabr saat 13:14 olduğu görünür. Nəşrin foto ilə birlikdə təqdim etdiyi materialda Qaşıqçının nişanlısı Xədicə Çingizin sözlərinə yer verilib və "Camal haradadır?” başlığından istifadə olunub.

Qeyd edək ki, İstanbulda yoxa çıxan səudiyyəli müxalif yazar həm də "Vaşinqton Post”un müxbiridir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300