Paşinyan rəqiblərinin biri ilə anlaşdı-memorandum imzalandı

 

Ermənistanın baş naziri Nikol Paşinyan və "Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qarik Tsarukyan arasında keçirilən görüş birincinin istədiyi nəticəni verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüşün yekununda memorandum imzalanıb. Sənəddə tərəflər növbədənkənar parlament seçkilərinin 2018-ci ilin dekabrında keçirilməsi barədə razı olduqlarını təsdiqləyiblər. Seçki prosesində N.Paşinyanın istefaya gedəcəyi halda, "Çiçəklənən Ermənistan”ın baş nazir postuna namizəd irəli sürməyəcəyi barədə öhdəlik götürüb. Tərəflər seçkiqabağı təbliğat kampaniyasında korrekt və qarşılıqlı hörmətə istinad edəcəklərinə söz veriblər. Həmçinin seçkidən sonra birgə əməkdaşlıq məsələləri barədə də razılıq əksini tapıb.

Baş nazir fraksiy rəhbərini hökumət binasında qəbul edib. Onlar ölkədaxili siyasi vəziyyət, həmçinin seçkkiqabağı durumla bağlı geniş müzakirələr aparıblar.

Qeyd edək ki, "Çiçəklənən Ermənistan”, Respublika Partiyası və Daşnaksütuyunun yer aldığı parlament çoxluğu N.Paşinyanın növbədənkənar seçkilərlə bağlı planına sürpriz qərar qəbul etməklə onu çətin duruma salmışdılar. Paşinyan onları sabotajda günahlandırandan sonra həmin partiyaların nazir postunda təmsil olunan nümayəndələri istefaya göndərilmişdi. Bu razılaşma artıq N.Paşinyanın müxalifətdəki qüvvələrdən birini zərərsizləşdirdiyi anlamını verir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300