Ərdoğan: "Səudiyyə Ərəbistanı itkin düşən jurnalistin konsulluğu tərk etdiyini sübuta yetirməlidir"

 

"Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunun binasını tərk etdiyini sübuta yetirməlidir".

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdəki (Macarıstan) mətbuat konfransı zamanı bildirib.

"Konsulluğun rəsmiləri, sadəcə, onun binanı tərk etdiyini deməklə məsələdən yan keçə bilməzlər. Əgər, doğrudan da, o çıxıb gedibsə, bunu şəkillərlə sübut etməlisiniz”, - o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının tanınmış müxalif jurnalisti, "Washington Post”un müxbiri Camal Qaşıqçı ölkəsinin İstanbuldakı baş konsulluğuna girib və bir daha geri qayıtmayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300