ABŞ seçkiləri: Trampa görə seçkidə iştirak etmək sayı çoxalıb

 

Noyabrın 6-da ABŞ Konqresinə (Nümayəndələr palatası tam tərkib və Senatın 1/3 hissəsi-red.) seçkilər keçiriləcək.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu seçkilər ABŞ tarixində ən çox vətəndaşın iştirak edəcəyi siyasi yarışma ola bilər.

Bunun əsas səbəbi isə Donald Trampa olan ziddiyyətli münasibətdir.

Demokratlar bu seçkilərdə qələbə qazanmaqla prezidentə qarşı impiçment məsələsini aktuallaşdırmaq istəyirlər.

Təsadüfi deyil ki, bir gündə ABŞ-da 800 min adam adlarını seçici siyahılarına salmaqdan ötrü baş vurub.

Bu vaxta qədər isə parlament seçkiləri ABŞ vətəndaşları arasında populyar sayılmayıb. Məsələn, "Public Religion Research Institute” təşkilatının "Atlantic” jurnalı ilə birgə keçirdiyi sorğuda 18-29 yaş arası əhalinin sadəcə 28%-i seçkiyə maraq göstərdiyni açıqlayıb. Yaşlı nəsildə bu rəqəm 74%-ə yüksəlib

Burada adətən 90-120 milyon seçici iştirak edir. Müqayisə üçün deyək ki, 2016-cı il prezident seçkilərində 135,7 milyon adam iştirak edib.

2014-cü il seçkiləri isə son 70 ilin ən aşağı göstəricisini qeydə alıb. Həmin vaxt ABŞ Federal Seçki Komissiyasının məlumatına görə, ABŞ əhalisnin sadəcə 36%-i seçkiyə maraq göstərib.

Lakin qarşıdan gələn seçki ABŞ tarixində ən intriqalı yarışlardan biri olaraq dəyərləndirilir. Buna əsas səbəb isə Donald Trampın ölkədə yaratdığı qütbləşmədir.

Arıtq indidən demokratlar seçkilərə kənardam texniki müdaxilənin olacağı barədə hay-küy salmağa başlayıblar. "Daily Beast” saytının yazdığına görə, rusiyalı hakerlər bu yaxınlarda demokrat senator Kler Makkaskilin kampaniyasına əngəl törətmək istəyiblər.

Sübut olaraq sayt K.Makkaskilin köməkçisinə göndərilən virus dolu elektron məkutbları gətirib. Həmin məktubların Rusiya hərbi kəşfiyyaına mənsub "Fancy Bear” adlı qrupa məxsus serverdən göndərildiyi məlum olub.

Hazırda ABŞ Senatında elektron səsvermənin qorunması üçün tədbirlər planı hazırlanır. Qanun layihəsinin müəllifi senator Roy Blantdır. Lakin onun noyabra qədər qəbul olunması gözlənilmir.

ABŞ ekspertləri isə toxunma ekranlı maşınlarla səsvermənin təhlükəli olduğunu bildirirlər. Məsələn, Prinston uiversitetinin professoru Endryu Appel həmin maşınlaırn manipulyasiyalar və saxtakarlıqlar üçün olduqca açıq olduğunu söyləyib.

Onu da qeyd etmək lazımdır k, vaxtilə seçkilərin ədalətsizliyindən Donald Tramp da şikayətlənibmiş. ABŞ prezidenti son seçkilərdə rəqibi Hillari Klintonun xeyrinə manipulyasiyalar edildiyi iddialarını araşdırmaq məqsədilə vitse-prezident Maykl Pensin sədrliyi ilə komissiya da yaradıb. (Trampın özü rəqibindən 3 milyon az səs almasına rəğmən prezident kürsüsünə əyləşib-red.)

Lakin komissiya cəmi bir neçə formal iclasdan sonra 2018-ci ilin yanvarında prezident tərəfindən buraxılıb.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300