Azərbaycanda üzərində sirli yazılar olan ev -VİDEOREPORTAJ

 

Qax rayonunun İlisu kəndində 200 ilə yaxın yaşı olan fərdi yaşıyış evində qeyri-adi hadisə baş verib.

Uluyol.az "report"a istinadən xəbər verir ki, mülk sahibi evin tikintisində istifadə olunan çay daşlarının üzərində ərəb əlifbasına bənzər naməlum yazılar aşkarlayıb. Bu yazılar yalnız daşın üzərinə su atıldıqdan sonra görünür.

Mülk sahibi Azər Qocayev bildirib ki, evin üzərində olan naməlum yazıları ilk dəfə yağış yağandan sonra görüb:

"İlisu kəndində qədim evlər çoxdur, bu evlərdən biri də mənim ata-baba yurdum olan Qocayevlərin yaşayış evidir. Evdə bəzi sirli əlamətlər görünür. Yağış yağanda mən hiss etdim ki, bu daşların üzərində müəyyən qədər ərəb əlifbasına bənzər yazılar var.

Adi gözlə baxdıqda daşların üzərində heç nə görünmür. Yalnız su atdıqda yazılar qabarıq şəkildə üzə çıxır".

Ev sahibinin sözlərinə görə, ərəb əlifbasına bənzəyən naməlum yazıları heç kim oxuya bilməyib:

"Bu ev 1881-83-cü illərdə tikilib. Ehtimal edirik ki, daşların üzərində olan və yalnız su atıldıqdan sonra oxunan yazılarda hər hansı işarə və ya sirr var. Buna görə də evin üzərində olan yazıların mütəxəssislər tərəfindən oxunmasını istəyirəm".

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300