Mətbuat Şurası Ramil Usubova müraciət etdi

Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsarət yetirilməsi ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.

 

Şuradan Qaynarinfo-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, S.Həsənov avqustun 30-da gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Nəticədə S.Həsənov döyülüb və ona soyuq silahla xəsarət yetirilib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş S.Həsənovun vəziyyəti ağırdır.

 

Müraciətdə həmçinin baş vermiş hadisənin müvafiq hüquqi qiymətinin alması üçün kömək göstərilməsi xahiş olunur, S.Həsənovun üzləşdiyi durumun ətraflı araşdırılacağına, günahkarların müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300