Fransa prezidenti Putinin Avropa Birliyini parçalamaq arzusundan danışdı

 

Fransa prezidenti Emmanuel Makron İsveçin SVT kanalına verdiyi müsahibədə Avropa Birliyinin parçalanmasının Rusiya prezidenti Vladimir Putinin ən böyük arzusu olduğunu ifadə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, fransız lider bununla bərabər Vladimir Putinə böyük hörməti olduğunu və onunla həmişə əlaqə saxladığını bildirb.

"Mənim Putinə olan hörmətim böyükdür və özümü qlobal təhlükəsizliyin yeni memarlığının məhz Rusiya ilə birlikdə hazırlanmasının tərəfdarlaırndan biri hesab edirəm. Bizim bu mövzuda Moskva ilə geniş diskussiyaya ehtiyacımız var. Lakin Putinin əsl məqsədi Avropa Birliyinin demontaj olunmasından ibarətdir”, - Makron qeyd edib.

Verilişin aparıcısı Fransa rəhbərinə İsveçin ultraradikal "İsveç demokratları” partiyasının sədri Yimmi Okessonun ölkəsinin gələcək istiqamətinin müəyyən olunması ilə bağlı fikirlərini xatırladıb. Okesson milli radiostansiya efirində İsveçin xarici siyasətdə hansı ölkəni, Fransa, yoxsa Rusiyanı istiqamət götürmək barədə suala cavab verməkdən imtina etmişdi.

Makron isə cavabında həmin partiyanın rəhbərinə dəyərlər və siyasi maraqlar arasında nisbəti düzgün olçməyi məsləhət görüb və insan hüquqları məsələsində geridəqalmış Rusiyanın isveçlilər üçün heç cürə nümunə ola bilməyəcəyini söyləyib.

Bununla əlaqədar Fransa prezidenti İsveçin Avropa Birliyindən çıxmaq perspektivinə də toxunaraq Stokholmun gələcəyinin İttifaq olmadan təsəvvür edə bilmədiyni bildirib. Bundan başqa, Emmanuel Makron Avropanın şimal sərhədlərində yerləşən İsveçin geopolitik risk zonasına daxil olduğuna diqqət çəkib.

Xatırladaq ki, Avropa Birliyinin parçalanmasının ən çox Rusiyaya sərf etməsi fikri dəfələrlə müxtəlif siyasi liderlərin, ekspert və politoloqların dilindən səsləndirilib.

Qərb mətbuatı Kremlin hədəfində ilk öncə Avropa Birliyinin ən qüdrətli, sabit və nüfuzlu ölkəsi sayılan Almaniyanın kansleri Angela Merkelin mövqelərini zəiflətmək olduğunu yazır.

Almaniyada miqrantlar əleyhinə başladılan kültəvi iğtişaşların da Moskvanın əli ilə törədildiyi versiyasını önə sürən çoxdur.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300