Azərbaycanın tanınmış həkimi qəfil vəfat etdi: doğmaları şok içindədir- FOTO

 

Azərbaycanlı həkim Elxan İbrahimov vəfat edib.

BAKU.WS xəbər verir ki, dünən anidən həkimin beyninə qan sızıb.

Onu təcili yardımla xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyiblər.

Tanınmış dietoloq Leyla Zülfüqarovanın BAKU.WS-ə verdiyi məlumata görə, mərhum övladlarının təhsili ilə bağlı qardaş ölkəyə köçmüşdü:

"Elxan doktoru çox vaxtsız itirdik. Gözlənilməz xəbər bizi çox sarsıtdı. Doğmaları şok içindədir. Türkiyədə yaşayırdı, amma son zamanlar Bakıda da çox olurdu. Siqareti tərgitmişdi və bu da onun təzyiqini oynadırdı. Yaxın dostları deyir ki, təzyiqi yüksək olsa da, dərman qəbul etmirdi. Bu dünyada rəhməti qazanmış dəyərli doktor idi. Allah rəhmət etsin! Övladları ilə bağlı planladığı arzuları çin olsun".

Ailə Bakıda olmadığından E.İbrahimovun meyiti dünəndən morqda qalıb. Xanımı və iki övladı gəldikdən sonra ailəyə təhvil verilib.

Dostları onun ölümünün səbəbini çox işləməsində və sağlamlığına diqqət yetirməməsində görürlər.

Qeyd edək ki, Elxan İbrahimov müxtəlif vaxtlarda N. Tusi adına Klinikanın və Sağlam Ailə Tibb Mərkəzinin baş həkimi olub. Sonuncu iş yeri "İnter Diaqnostik Mərkəz" idi.

Azərbaycanın sayılıb-seçilən uroloq-androloqu olan E.İbrahimov kişilərdə sonsuzluq probleminin həlli üzrə ad-san qazanmışdı.

O, eyni zamanda iş adamı idi. İşgüzar fəaliyyəti Azərbaycan və Türkiyəni əhatə edirdi.

Allah rəhmət etsin!

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300