Türk Şurasının növbəti sammiti harada keçiriləcək? -Açıqlama

 

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammiti Azərbaycanda keçiriləcək".

"Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Türk Şurasının baş katibi Bağdad Həmrəyev Qırğız Respublikasının şimalındakı Çolpon-Ata şəhərində keçirilmiş zirvə görüşünün nəticələrini şərh edərkən bildirib.

O, bununla belə, növbəti sammitin tarixini açıqlamayıb.

B.Həmrəyev deyib ki, bu gün Qırğız Respublikasında keçirilən zirvə görüşündə Türk Şurasına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300