"Zaxarçenko görməmişliyinin qurbanı olub" - Rusiya mətbuatı

 

Xəbər verildiyi kimi, Ukrayna separatçılarının liderlərindən Aleksandr Zaxarçenko avqustun 31-də, Donetskin mərkəzində "Separ” kafesinin işıq lampasına əvvəlcədən yerləşdirilən bombanın partlaması nəticəsində ölüb.

Həm Rusiya, həm də onun Ukraynanın şərqində qurduğu oyuncaq "DXR”-in nümayəndələri hadisəni Ukrayna xüsusi xidmət orqanlarının üstünə yıxıb. Dünən isə Vladimir Putinin mətbuat katibi Peksov bunun siyasi nəticələrinin olacağı ilə bağlı rəsmi Kiyevi təhdid edib.

Rusiyanın müxallifyönümlü "Novaya qazeta” nəşri isə hadisəyə başqa bir prizmadan yanaşıb. Qəzet yazarı Pavel Kanıginin fikrincə, Zaxarçenkonun ölümündə elə məhz Moskva maraqlı ola bilər.

Müəllif ukraynalı separatçının ölümünün digər bölücü rəhbərlərin "qətl seriyasını” davam etdirdiyinə diqqət çəkib. Bunların içində səhra komandirləri Mozqovoy, İşenko, Dremov, "Motorola” ləqəbli Arsen Pavlov, "Givi” adı ilə tanınan Mixail Tolstıxın adlarını çəkmək olar.

Картинки по запросу беднов ищенко мозговой дремов

 

Zaxarçenkoya gəldikdə isə bu adamın hərbi işlə hər hansı əlaqəsi olmayıb. Özü isə ömür boyu ticarətlə məşğul olub. Donbasdakı münaqişəyə qədər isə o, toyuq əti istehsalı ilə məşğul olan "Qavrilovkiye kurçata” şirkətinin nümayəndəsi işləyib.

2013-cü ilin dekabrında isə Zaxarçenko "Oplot” hərbiləşdirilmiş təşkilatının Xarkov bölməsinə rəhbərlik edib. 2014-cü ilin aprelində o, 7 nəfər silahlı adamla bilrikdə Donetsk vilayət inzibati mərkəzinin binasını ələ keçirib.

Malayziyaya məxsus mülki təyyarənin Donetsk səmalarında vurulmasından sonra "DXR” "baş naziri” Aleksandr Boroday istefa verib, bununla da Ukraynanın şərq bölgəsinin nominal rəhbərliyi Zaxarçenkonun əlinə keçib.

Картинки по запросу заѠарченко 2014

 

Aleksandr Zaxarçenko sülh və hərb kimi strateji məsələlərə qarışmayıb. Bu hüquq Kremlin müstəsna səlahiyyətində olub. Lakin Zaxarçenko yerli yarıkriminal iqtisadiyyatın "təsərrüfat” aspektlərini öz əlinə keçirə bilib.

Zaxarçenkonun rəhbərliyi altında yerli "Oplot”un bazası əsasında qurulan respublika qvardiyası olub. 2016-cı illərdə guya "DXR” və "LXR”-in hərbi güclərini birləşdirməsindən sonra "Qvardiya korpusu” Rusiyanın hərbi kuratorlarının nəzarətində olmayan yeganə birlik kimi qala bilir.

Картинки по запросу заѠарченко 2014

 

"Novaya qazeta” ya danışanlar son illər ərzində Zaxarçenkonun görməmişliyinin Moskvanı bezdirdiyini deyiblər. Xüsusilə Zaxarçenko ilə "DXR”-in "gərlirlər naziri” "Daşkənd” ləqəbli Aleksandr Timofeyev Donetsk kömürünün çıxarılması və onun Rusiyaya nəqlini öz əllərinə keçiriblər. Həmin kömür isə Rusiya xammalı adı altında yenidən Ukranaya qaytarılıb. (Ukrayna metallurgiyası, istilik elektrik stansiyaları Donetsk kömüründən asılıdır-red.). Bundan başqa, Ukrayna iqtisadiyyatında son iki ildə baş verən canlanma ölkənin kömürə olan tələbatını daha da artırıb. Bunun nəticəsində Ukrayna və Rusiya arasında 2014-cü ilə qədər 28 milyard dollardan yuxarı olan, lakin 2016-cı ildə 10 milyarda düşən ticarət həcmi yenidən artlb. Yəni Donetsk şaxtaları daha gəlirli biznes mənbəyinə çevrilib. Zaxarçenko-Timofeyev cütlüyü isə bu işdən öz "komissiyon” paylarını alıblar.

Zaxarçenkonun bu səbəbdən Rusiyadakı bəzi dairələrlə münaqişəyə girməsi isə, görünür, Moskvada bəzilərinin xoşuna gəlməyib.

Картинки по запросу заѠарченко ташкент

 

Bundan başqa, Zaxarçenkonun ölümü siyasi cəhətdən də Moskvaya sərf edə bilər.

Qeyd etmək laımdır ki, Aleksandr Zaxarçenko "Luqansk Xalq Respublikası”nın lideri İqor Plotnitski ilə bərabər Minsk sazişlərini imzalayanlardan biridir. (Sonuncu 2017-ci ilin noyabrında vəzifəsindən istefa verib).

Onların ikisinin birdən getməsi zatən bir bəndinə belə riayət edilməyən sazişin mövcudluğunu bitirə bilərrdi. Lakin separatizmin simvollaşmış isimlərinin bir-bir sıradan çıxması Minsk anlaşmasına yeni bir nəfəs verir. Elə Ukraynanın özündə də radikal millətçi qrup və taborların sayının azalması müşahidə edilir.

Artıq indidən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerlə konstruktiv dialoqun aparılması üçün görüşmək istədiyini deyir.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300