Ərdoğandan XƏBƏRDARLIQ: Bu türk ölkəsində çevriliş hazırlanır

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan FETÖ terror təşkilatının Qırğız Respublikasında dövlət çevrilişi edə biləcəyini açıqlayıb.


Uluyol.az publika.az-a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Saamitinin keçirildiyi Qırğız Respublikasında çıxışı zamanı deyib.

O, Türkiyənin heç bir dost ölkəsində FETÖ-nü görmək istəmədiklərini vurğulayıb.

"Biz ədalət istəyirik. Onlar xain və alçaqdırlar. 15 iyulda bizdə çevriliş etmək istəyənlər, sabah eyni şeyi burada da edə bilərlər. Bunlar çox xain təşkilatdır. Qırğız vətəndaşlarının Türkiyəyə məhəbbətlərini istismar edən FETÖ-nün bir an öncə təmizlənməsi lazımdır. FETÖ mövcud olduğu hər ölkə üçün təhlükədir. Siz bizim qardaşlarımızsınız. 15 iyulda bizdə çevriliş etmək istəyənlər sabah eyni addımı burada ata bilərlər. Diqqət edin!”, - deyə Türkiyə lideri Qırğız həmkarına bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300