Əfqanıstanda "Taliban” hərəkatının iki komandiri öldürülüb

 

Əfqanıstanın cənub-şərqində yerləşən Zəbul əyalətində aviasiya zərbəsi nəticəsində "Taliban” hərəkatının iki yüksək vəzifəli komandiri öldürülüb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət polisinin rəisi Məhəmməd Mustafa Mayar bildirib.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus qırıcı təyyarə avqustun 31-də Kalat şəhəri ətrafında taliblərin sığınacağını bombalayıb. Aviasiya zərbəsi nəticədə "Taliban” hərəkatının komandirləri Molla Əsəd və Molla Sanqari həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Qeyd edək ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ildə başlayıb. Sonradan BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarına əsasən ölkəyə NATO-nun komandanlığı altında beynəlxalq qüvvələr yerləşdirilib. 2014-cü ildə alyans ölkələrinin hərbi kontingenti Əfqanıstandan çıxarılıb və 2015-ci il yanvarın 1-də hərbi əməliyyatlar "Qətiyyətli dəstək” qeyri-döyüş missiyası ilə əvəzlənib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300