FTB və prokuror Müller Rusiya diplomatlarının hesablarına köçürülən pulları araşdırır

 

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Vaşinqtonda yaşayan rusiyalı diplomatların şübhəli maliyyə tranzaksyalarını araşdırır.

"BuzzFeed News” saytının yazarları Ceyson Leopold və Entoni Kormerin yazıdğına görə, FTB hələ bir neçə ay bundan öncə başladığı təhqiqatda yeni nəticələr əldə edib.

Yazıda ABŞ müfəttişlərinin Rusiya səfirliyinin maliyyə fəaliyyətini dərindən incələdiyi qeyd olunub.

2017-ci ilin ortalarında ABŞ hüquq mühafizə orqanları Rusiyanın müdaxiləsi ilə bağlı istintaqı genişləndirdiyi bir vaxtda təhqiqatçıar Rusiya səfirliyinin müştərisi olduğu "Citibank”a kömək üçün müraciət ediblər. Müəlliflərin yazdığına görə, bank əməkdaşları Rusiyanın keçmiş səfiri Sergey Kislyakın hesabına 2016-cı il prezident seçkilərindən qısa müddət sonra külli miqdarda pul keçirildiyi barədə FTB-çilərə məlumat veriblər.

"Prezident seçklərindən cəmi 10 gün sonra səfirlik keçmiş səfirə 120 min dollarlıq çek verib. Çek "maaş ödəniş fondu” kimi qeyd olunub. Kislyak isə həmin pulları "Citibank”dakı hesaba yatırıb və hərəsində 60 min dollar olmaqla iki dəfədə Rusiyaya göndərib.

Müəlliflər bu məbləğin pul mükafatı olduğuna işarə vuraraq onun ödənilən rəsmi maaşdan əlavə verildiyini bildirirlər.
Yazıda Kislyakın məqalədə səsləndirilən faktlarla bağlı sullara cavab vermədiyi qeyd olunur. Elə Rusiya Federasiyasının səfirliyi də məsələ ilə bağlı susmağa üstünlük verib.

Məqalədə səfirliyin mənzil kommunal xidmətləri və idarə xərcləri üçün istifadə etdiyi hesablarda da həmin dövrdə qeyri-adi prosesin baş verdiyi bildirilib. 2017-ci ilin yanvarın 25-də, yəni Tramp and içdikdən heç bir həftə keçməmiş "Citibank”ın müştərilərlə işləyən meneceri səfirliyə görüşə gedib. Burada Rusya diplomatik nümayəndəliyin əməkdaşları ondan 150 min dollar nağd pulun hesabdan çıxarılmasını xahiş ediblər.

"Citibank”ın menecerinə həmin pulların 2016-cı ilin dekabrında ABŞ-dan başqa ölkələrə köçürülən əməkdaşların maaşları üçün nəzərdə tutulduğu bildirilib. Bank əməkdaşında isə bununla bağlı olaraq şübhə oyanıb. Çünki bir müddət öncə prezident Barak Obama 2016-cı ildə keçirilən seçkilərə qeyri-qanuni şəkildə müdaxiləyə görə səfirlik əməkdaşı adı altında fəaliyyət göstərən 35 rusiyalı kəşfiyyatçını ölkədən qovmuşdu.

Bu səbəbdən "Citibank” rusiyalılardan həmin 150 min dollar pulu alacaq işçilərin adlarını, o cümlədən onlar artıq Rusiyaya qayıtdıqlarına görə həmin adamlara nə üçün ABŞ-ın özündə nağd pulun lazım olduğu barədə daha ətraflı məlumat verilməsini tələb edib. Səfirlik bu məsələdə susqun qalıb.

2017-ci ilin fevralında isə Rusiya səfirliyi "Citibank”a həmin ricanın ləğv olunduğunu və məsələnin Rusiyanın özündə həll edildiyini xəbər veriblər.

Yazıda həmin pulların da bəhs edilən əməkdaşlara gördükləri iş üçün mükafat məqsədilə ödənildiyinə işarə edilib.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300