Pənah Hüseyn və Akif Nağı cəbhə xəttini keçdiklərinə görə saxlanıldılar (FOTO)

Qarabağ döyüşçüsü, hüquqşünas Camal Əhmədovun "Yurduma qayıdıram” təşəbbüsünün həyata keçirilməsinə polis imkan verməyib.

 

QAT mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə bu gün "Yurduma qayıdıram” təşəbbüsünə qoşulan bir qrup insan, o cümlədənPənah Hüseyn, Akif Nağı, Camal Əhmədov, Şaiq Süleymanov, Şirxan Əliyevvə digərləri cəbhənin Ağdam istiqamətində cəbhə xəttini keçərək işğal olunmuş ərazilərə daxil olmağa cəhd göstərib.

 

Toplanış üçün müəyyən edilmiş Təzəkənd, Təkçinar ərazisinə Pənah Hüseyn, Akif Nağı, Şaiq Süleymanov, Şirxan Əliyev çata biliblər, yerdə qalan insanlara həmin əraziyə yaxınlaşmağa imkan verilməyib.

 

Təşəbbüsə dəstək verənlər Tərtər, Ağdam, Bərdə polis idarələrinə aparılıb, onlardan yazılı izahat alınıb və bir neçə saatdan sonra sərbəst buraxılıblar.

 

QAT sədri, Qarabağ Komitəsinin üzvü Akif Nağı bildirib ki, təşəbbüs işğal olunmuş ərazilərin azad edilməsi, yurda qayıdış ideyasının təbliği baxımından əhəmiyyətlidir və bundan sonra da bu cür təşəbbüslər davam etdiriləcək.

 

Sabiq baş nazir, Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn xüsusi olaraq vurğulayıb ki, "Yurda qayıdış” ideyası vacibdir, təkcə məcburi köçkünlər tərəfindən deyil, bütün Aqzərbaycan xalqı tərəfindən dəstəklənməlidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300