Bakıda aptekdə psixotrop maddə satılır - İddia - Video

Bakıda apteklərin birində psixotrop maddələrin reseptsiz satılması barədə sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə və narahatlığa səbəb olub.

Vətəndaş çəkdiyi videoda Nobel prospektində yerləşən aptekdə psixotrop maddə sayılan tramadolun yeniyetmələrə reseptsiz satıldığını iddia edir. Əməkdaşlarımız bu gün həmin iddia ilə bağlı sözügedən aptekdə olublar. Qarşılaşdıqları mənzərə isə sizi də təəccübləndirəcək.

Vətəndaşlar deyirlər ki, aptekdə adi başağrı dərmanını belə tapmaq mümkün deyil. Lakin nə tapılmasa da, psixatrop maddələr bu aptekdə hər zaman tapılır.

Maraqlısı burasındadır ki, çəkiliş apardığımız zaman adi başağrı dərmanının belə satılmadığı aptekin qarşısı bir dəqiqə belə müştərisiz qalmırdı. Qapının bağlı olmasına baxmayaraq, dəqiqələrlə aptekin qabağında gözləyənlər belə var idi.//xezerxeber

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300