"Atletiko"nun prezidenti "Qarabağ"ı adını xatırlamadığı komanda kimi təqdim edib

 

İspaniyanın "Atletiko" klubunun prezidenti Enrike Serezo Çempionlar Liqasının bu gün atılacaq püşkündən gözləntilərini açıqlayıb.

"Report"un məlumatına görə, 70 yaşlı funksioner istənilən komanda ilə oynamağa hazır olduqlarını bildirib. O deyib ki, "Atletiko" ötən mövsümlə müqayisədə daha məşhur komandaları məğlub etməyə qadirdir: "Bütün komandalar vacibdir. Lakin ötən ildən təcrübəmiz var. Hətta adını belə xatırlamadığım komanda bizi hər iki oyunda batırdı. Bu il isə qalib gələ biləcəyimiz daha məşhur komandalar gözləyirik".

Qeyd edək ki, Enrike Serezonun adını xatırlamadığı komanda "Qarabağ"dır. Azərbaycan təmsilçisi 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib. Nəticədə İspaniya klubu qrupda 3-cü yeri tutaraq, qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Əvəzində "Atletiko" mübarizəni Avropa Liqasında davam etdirib və sonda qalib olub.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300