Rusiyanın 100 ən nüfuz şəxsi açıqlandı

 

Baş nazir 5-ci yerdə qərarlaşıb

"Forbes” jurnalı Rusiyanın ən nüfuzlu adamlarının ilk reytinqini tərtib edib. Reytinqi tərtib edənlər məmurları, güc strukturlarının nümayəndələrini, siyasətçiləri və biznesmenləri bir neçə parametr üzrə qiymətləndiriblər. Bu parametlər arasında Rusiya prezidentinə yaxınlıq dərəcəsi və insanların həyatına təsir imkanları, var-dövlətin həcmi, aktivlərin həcmi (bankirlərin), idarəçiliyində olan büdcə (məmurların) də var.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, reytinq siyahısında 100 adam var. Siyahıya avtomatik olaraq dünyanın ikinci ən nüfuzlu adamı elan edilmiş Vladimir Putin başçılıq edir. Onun ardınca "Sberbank” idarə heyətinin sədri German Gref, daha sonra "Qazprom” rəhbəri Aleksey Miller, "Rosneft”in başçısı İqor Seçin gəlir. Maraqlıdır ki, Rusiyanın baş naziri Dmirti Medvedyev siyahıda 5-ci yerdə qərarlaşıb. Ondan sonrakı yeri "Surqutneftqaz”ın rəhbəri Vladimir Boqdanov tutur – o, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinadan və FTB rəhbəri Aleksandr Bortnikovdan (müvafiq olaraq 7 və 8-ci yerlər)daha nüfuzlu şəxs hesab olunub.

Siyahıda 9-cu yeri Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov tutub. Azərbaycan əsilli biznesmen Vahid Ələkbərovu isə "Forbes” Rusiyanın 10-cu nüfuzlu şəxsi hesab edir.

Moskva meri Sergey Sobyanin reytinqin 13-cü, maliyyə naziri Anton Siluanov 16-cı, xarici işlər naziri Sergey Lavrov 21-ci pilləsinə layiq görülüb.

Siyahıda 99-cu yeri Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin, sonuncu yeri isə Vladimir Jirinovski tutur.
Ən nüfuzlu rusiyalıları reytinq tərtibatçıları arasında 200 ən varlı biznesmenin, 300 ən iri şirkət və sistem əhəmiyyətli bankın rəhbərinin, parlamentin hər iki palatasının sədrinin, regional hakimiyyət başçılarının, güc strukturları rəhbərlərinin olduğu 1500 nəfərlik siyahıdan seçiblər.

Dünya, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300