Emmanuel Makron: "Türkiyə və Rusiya ilə strateji tərəfdaşlıq Aİ-nin təhlükəsizliyi üçün vacibdir"

 

"Uzunmüddətli perspektivdə Avropanı Rusiya və Türkiyə ilə əlaqələr olmadan qura bilmərik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə fransalı səfirlər qarşısında çıxış edərkən deyib.

Fransa prezidentinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya və Türkiyə ilə yalnız strateji tərəfdaşlıq çərçivəsində əlaqələr qurmalıdır: "Bu ölkələr Aİ-nin kollektiv təhlükəsizliyi üçün vacibdir. Onları Avropaya birləşdirmək lazımdır. Çünki onların Avropa ilə birgə tarixi var. Gələcəyimizi birlikdə qurmalıyıq".

Bundan əlavə, o qeyd edib ki, Fransa beynəlxalq münaqişələrin həllində vasitəçi rolu oynamalıdır: "Biz diplomatik, hərbi, mədəniyyət, təhsil, milli və Avropa nəhəngi olmalı və həmişə vasitəçi kimi çıxış etməliyik".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300