Türkiyənin həmləsi ABŞ-ı əndişələndirdi: "Belə bir xəbər görmədim, əgər doğrudursa…”

 

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Rusiyanın 2019-cu ildə Türkiyəyə S-400 zenit raket komplekslərini Türkiyəyə təhvil verməyə başlamasından narahat olduqlarını bildirib.

Avropa.info-nun məlumatına görə, Noyert mətbuat konfransında bəyan edib ki, Türkiyə kimi NATO müttəfiqinin S-400 zenit raket komleksindən istifadə etməsi ABŞ-ın siyasətinə ziddir.

Dövlət Departamentinin sözçüsü həmçinin zenit kompleksinin təhvil verilməsi ilə bağlı xəbərə rast gəlmədini bildirib: "Belə bir məlumatı görmədim. Əgər doğrudursa, bizim üçün əndişə yaradacaq durumdur”.

Noyert S-400-ün NATO-nun digər sistemlərinə uyğun gəlmədiyini xatırladaraq, "tərəfdaş və müttəfiqlərimizdən birinin S-400 almasına qarşıyıq”,- deyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300