Trampın prezidentliyi həqiqətən vaxtından əvvəl bitə bilərmi?

 

Çox yox, cəmi il yarım əvvəl Alan Lixtman adlı bir professorun Trampın vəzifədən vaxtından qabaq gedəcəyi ilə bağlı yazı yayınlamışdıq. Doğrudur, indinin özündə də ABŞ prezidentinin impiçmentə məruz qalacağı ehtimalı hələ ki, uca səslə dilə gətirilmir. Lakin vəziyyətin prezidentin ziyanına işlədiyi göz önündədir.

"Çünki Birləşmiş Ştatlarda hadisələr bir-birini olduqca sürətlə əvəz edir.

Həm seçki qərargahının keçmiş rəhbəri Pol Manafort barədə çıxarılan məhkəmə hökmü, həm də keçmiş vəkili Koenin Trampın əleyhinə ifadə verməsi prezienti olduqca çətin vəziyyət salıb. Onların hər ikisi Ağ Evin başçısının "onurğa sütununu" qıracaq həqiqəti üzə çıxardılar”, - "Die Welt” qəzetindən Hannes Ştayn yazır.

Yazıda prezidentin müşavirlərinin onun əsəb partlaması həddində olduğu barədə danışdıqları qeyd olunub.

"Bu cür vəziyyətə düşmək üçün bütün səbəblər artıq var. Artıq Pol Manafortla bağlı birinci proses başa çatıb. Andlı iclasçılar Manafortu 8 bənd üzrə təqsirli biliblər. Bunların içində vergi maxinasiyaları da var. Sentyabrın ortalarında isə ikinic proses başlayacaq. Həmin proses isə bütövlükdə və istisnasız Rusiyaya və Manafortun Putin rejimi ilə əlaqələrinə həsr olunacaq”,- jurnalist yazır.

Картинки по запросу trump impeachment

 

Analitikin fikrincə, Trampın əsəbinin yerində olmadığının əlamətlərindən biri də onun MKİ -nin keçmiş direktoru Con Brennanın məxfi sənədlərə çıxışının qadağan olunması barədə verdiyi sərəncam olub. ABŞ xüsusi orqanlarında çalışmış 13 yüksək rütbəli məmur Trampın hərəkətini qınayan məktuba imza atıblar.

Bundan başqa, Donald Tramp "The New York Times”qəzetindən vəkili Don Makqanın xüsusi prokuror Robert Müllerlə tam 30 saat söhbət etdiyindən xəbər tutub. Tramp əvvəlcə elə bilib ki, Makqan onun şəxsi vəkilidir. Lakin sonra məlum olub ki, Donald Makqan Trampın şəxsi deyil, prezident hüquqşünası sayılır. Özü də heç kim Makqanın Müllerlə nə danışdığını bilmir.

Картинки по запросу trump mueller

Jurnalist Ştayn D. Trampın Robert Müllerin suallarına cavab verməkdən hansı səbəblərə görə qaçdığının müəmmalı olduğunu yazır.

 

"Reuters”ə verdiyi müsahibədə Tramp bunu "and altında yalan ifadə vermək tələsinə düşmək istəməməsi” ilə izah eidb. Prezidentin fikrincə, prokurorlar cavabını əvvəlcədən bildikləri sualları ona yönəldəcək və əgər şübhəli şəxs doğru söyləməsə, onu dərhal yalan ifadə verməkdə ittiham edəcəklər.

Hannes Ştayn Tramp üçün 3-cü zərbənin keçmiş vəkili Maykl Koenin onun əleyhinə ifadə verməyə razı olmasından sonra aldığını yazır. Bildiyimiz kimi, Koen vergidən yayınmaqda və partiyaya verilən qeyri-qanuni ianələrin alınmasında günahlandırılır. Bundan başqa, M.Koen pornoaktrisa Stormi Danielsə Trampla intim münasibətləri barədə susması üçün 130 min dollar pul ödədyini etiraf edib. Özü də bu sövdələşmə Tramp prezident olduqdan sonra baş tutub. Bu isə Ağ Ev başçısının vəzifədə olduğu müddətdə yalan danışdığı ittihamını doğurur.

Картинки по запросу trump stormy davis

 

"Hazırda Donald Trampın prezidentliyinin son günlərinə şahidlik edirikmi? Onu Ağ Evdən əli qandallı çıxaracaqlarmı? Ola blər. Əslində son günlərdə baş verən hadisələr belə bir prezidentin hüquqi dövlət normaları çərçivəsində işləyə bilməyəcəyini göstərir. Nə qədər ki qanuna əməl olunmasına nəzarət edənlər var, Tramp həmişə təhlükədə qalacaq”, - Ştayn qeyd edir.

İmpiçmentin özünə gəlincə, bu proses sırf siyasi xarakter daşıyır. Bunun üçün Nümayəndələr palatasının sadə səs çoxluğu və Senatın üçdə ikisinin dəstəyi lazımdır.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300