Türkmanlardan şiələrə çağırış: bizi bölsəniz...

 

İraqdakı hökumət müzakirələrində türkmanlara da yer verilməlidir.

Axar.az xəbər verir ki, bunu İraq Türkman Cəbhəsinin (İTC) lideri Ərşad Salehi deyib. O, şiələrə müraciət edərərək yardım tələb edib:

"Hökumət müzakirələri şiələr, sünnilər və kürdlər arasında keçirir. Şiə liderlərə səslənirəm: siz vaxtilə müxalifət tərəfində olanda türkmanlara qarşı edilən haqsızlıqları çox yaxşı başa düşürdünüz. Amma indi idarəçilikdə vəzifə bölüşüdürülməsinə gəlincə türkmanların yetərli səs olmadığını deyirsiniz. Əksinə, hazırda türkmanlar tək səsdir və türkman partiyaları İTC bayrağı altında toplaşıb.

Biz sadəcə söz və şüar deyil, konkret işlərin görülməsini istəyirik. Siz İraq türkmanlarının yanındasınız, yoxsa bizi məzhəblərə ayırmağa çalışırsınız? Əgər bizi bölsəniz, ölkənin birliyi təhlükəyə düşər. Sizdən hökumət müzakirələrində türkmanlara da yer verilməsinə yardım etməyinizi tələb edirik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300