Məhərrəm ayının başlama vaxtı açıqlandı

 

Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra isə Aşura olacaq. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlər planı icra olunacaq".

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, plana uyğun olaraq, görüşlər keçiriləcək, müzakirələr aparılacaq: "Məhərrəmlik ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər. Hesab edirəm ki, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər İslami dəyərlərə söykənir. Məhərrəmlik ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir".

M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il qanvermə aksiyası keçirilir: "Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Bunlar olacaqsa, onlar dini ayinlərin icrasında yol verilən nöqsan olacaq".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300