Nazirlik bələdiyyə sədrini 3000 manat cərimələyib

 

Daşkəsəndə kənd bələdiyyə sədri qalaqlanan məişət tullantıları səbəbindən 3000 manat cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nazirliyin "Qaynar xətt”inə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa kəskin qoxunun yayılması ilə bağlı şikayət daxil olub.

Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən kənd ərazisinə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəndin müxtəlif ərazilərində qeyri-mütəşəkkil şəkildə qalaqlandığı və ətrafa kəskin qoxunun yayıldığı faktı təsdiqini tapıb.

Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri Rasim Allahverdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə olunub.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300