"Tramp sanksiyalardan sadəcə sui-istifadə edir"-"Financial Times”

 

Vaşinqtonun Türkiyəyə qarşı sanksiyaları son illərdə iki NATO dövləti arasında yaranan ən böyük parçalanmadır.

"Bütün bunlar bu cür tədbirlərdən istifadənin, daha doğrusu, sui-istifadənin ABŞ-ın və onun əsas müttəfiqlərinin maraqlarına nə dərəcədə böyük zərbə vurduğunu göstərir”.

Musavat.com xəbər verir ki, bu cümlə "Financial Times” (FT) qəzetinin redaksiya yazısında yer alıb.

"Sanksiyalar müasir diplomatiyada önəmli rol oynayır. Onlar silahlı müdaxiləyə ehtiyac olmadan təzyiq göstərməyə imkan verir. Lakin sanksiyalardan maksimal effekt alınmaq istənilirsə, onlardan düşünlümş şəkildə, aydın məqsədlə və müttəfiqlərlə sıx koordinasiya halında istifadə etmək lazımdır”, - məqalədə qeyd olunur.

Yazı müəlliflərinin vurğuladığı kimi, "Ağ Ev sanksiyalardan gen-bol istifadə etməklə qalmayıb, həm də onu təkbaşına yürütmək həvəsinə düşüb. Bunu İranla bağlı həyata keçirilən siyasətdən aydın görmək olur”.

Картинки по запросу US NATO allies

 

"Bundan başqa, Tramp çox güman ki, daha mürəkkəb və qəliz diplomatik startegiyadan yan keçmək və tez bir zamanda nəticə əldə etmək məqsədilə sanksiyalara üstünlük verir. "FT” əslində bu tip siyasətin son hədəfinin bəzi zamanlarda nə olduğunun bilinmədiyini bildirir. "Prezident sadəcə onlardan özünü tərəfdarlarına göstərmək üçün istifadə edir”, - yazıda deyilir.

Məqalə müəlliflərinin rəyinə görə, sanksiyaların olduqca ehtiyatsız biçimdə tətbiqi dünya iqtisadiyyatı üçün daha geniş planda təhlükə törədir.

"ABŞ-ın cəzaları həm də onun müttəfiqlərini Rusiya və Çin kimi stateji rəqiblərinin ağuşuna itələyir. Moskva Türkiyə ilə bağlı son proseslərdə əllərini sevincək bir-birinə sürtür. Çin isə Vaşinqtonun arasını vurduğu Pakistana öz xidmətini təklif edir. Ölkənin maliyyə vəziyyətinin ürəkaçan olmamasına rəğmən, ehtimal ki, ÇXR rəhbərliyi Ankaraya da yardım əlini uzada bilər”,- yazıda bildirilir.

Картинки по запросу china russia pakistan turkey

 

"FT” ABŞ-ın son siyasi addımlarının Vaşinqtona yaxın sayılan ölkələri belə dollardan və Amerikanın dominantlıq etdiyi maliyyə şəbəkələrindən üz döndərməsinə gətirib çıxaracağı barədə xəbərdarlıq edir.

Belə ki, Moskva artıq "Visa” və "Mastercard” ödəmə kartlarına alternativ olaraq öz ödəmə sisteminii dövriyyəyə buraxır. Rusiya bununla "Swift” maliyyə sistemindən çıxarılacağı təqdirdə özünü qorumaq istəyir.

"Bütün bunlara görə, Vaşinqton sanksiyaları ağılla işlətməlidir. Əks təqdirdə bu onu gücünü artırmaz, əksinə, ABŞ tərəfindən qurulan və idarə edilən qlobal siyasi düzənin və ticarət sisteminin daha da çökməsinə gətirib çıxarar”, - məqalənin yekununda qeyd olunub.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300