Dieqo Simeone: "Qarabağ”la oyunlardakı xal itkisi bizim üçün böyük zərbə oldu”

 

Türkiyədə qeyri-leqal mühacirləri aparan qayıq batdı - 9 ölü "Çempionlar Liqasından kənarlaşdırılmağımızı həzm etmək çətin idi. Çünki qrupumuzun liderlərindən xal aldıq”.

"Report” xəbər verir ki, bunu UEFA-nın rəsmi saytına müsahibəsində İspaniyanın "Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone deyib.

Avqustun 15-də UEFA Superkuboku uğrunda "Real Madrid”lə keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşən 48 yaşlı argentinalı mütəxəssis, ötən mövsüm Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmalarının səbəbkarı kimi "Qarabağ”ı göstərib: "Biz "Çelsi” və "Roma”ya görə deyil, "Qarabağ”la matçlardakı uğursuzluq səbəbi ilə növbəti mərhələyə yüksələ bilmədik. Bu, bizim üçün böyük zərbə oldu. Çünki qitənin ən nüfuzlu klub turnirində yaxşı çıxış etmək istəyirdik”.

Qeyd edək ki, ötən mövsüm ÇL-də "Qarabağ”la eyni qrupda yer alan "Atletiko” həm Bakıda, həm də Madriddə xal itkisi ilə üzləşib (0:0, 1:1). Bu səbəbdən qrupda 3-cü yeri tutan paytaxt komandası mübarizəni Avropa Liqasında davam etdirib və turnirin qalibi olub. "Real Madrid” isə ÇL-də birinci yeri tutub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300