Ölkələrə simvol olan heyvanların mənası nədir? –MARAQI FAKTLAR

 

Bir çox ölkələr özlərinə simvol olaraq bəzi heyvanları müəyyən ediblər. Buna səbəb seçdikləri heyvanların davranışları və xüsusiyyətləridir.

Fransa – Xoruz

Xoruz Fransızların önəmli simvollarından biridir. Xüsusilə futbol oyunlarında ön plana çıxan bu simvolun seçilməsinin səbəbi nədir?

Tarixə nəzər salındıqda xoruzun Fransa torpaqlarında orta əsrlərdə "Galliya”dan gəldiyi düşünülür. Roma dönəmində adlandırılan "Galliya” hazırda Fransa sərhədində yerləşən bir ərazidir. Fransızlar xoruzun hər səhər doğan bir günəş kimi banlamasına böyük və dərin mənalar yükləyirlər. Zamanında Napoleon tərəfindən ölkənin simvolu dəyişdirilərək aslan edilmişdi. Lakin illər sonra yenidən xoruz Fransızların simvolu halına gəldi.

Картинки по запросу gallia horoz

Fransızlar xoruz simvoluna görə onları aşağılayan insanlara bu cür cavab verir: "Ayaqları zibilliyin içində mahnı oxuyan yeganə heyvan təkcə xoruzdur”.

ABŞ – Qartal

ABŞ-ın simvolu olan qartal Kanada, Meksika, Alyaska və xüsusilə Şimali Amerikada yaşayan yırtıcı quşdur. Azadlıqlarına düşkün olan "keçəl qartal”lar insanlardan uzaq yerlərdə yaşamağı seçirlər. ”Keçəl qartal”ın Amerikaya simvol olması ilə bağlı müxəlif versiyalar var. Bir iddiaya görə, ABŞ istiqlal müharibəsi zamanı bir əsgərin səmada süzən qartalı göstərərək "azadlığımız üçün uçur” deməsindən yaranıb. "Keçəl qartal” 20 aprel 1782-ci ildə ABŞ-ın ikinci qitə konqresində dövlət simvolu olaraq qəbul edilib.

ABŞ-ın böyük möhürü sayılan dövlət gerbində qartalın bir ayağında 13 ədəd ox, digər ayağında isə zeytun budağı var.

Картинки по запросу abd kartal arması

 

İspaniya – Buğa

İspaniyanın simvolu olan, bəzi zamanlarda bayrağın tam ortasında yer alan qara buğa fiquru olduqca maraqlı bir şəkildə meydana çıxıb. 1772-ci ildə qurulan Osborn şərab firması 1950-ci yeni markası "Brandy de Jerez”i tanıtmaq üçün bir mərasim təşkil edib. Mərasim zamanı yol kanarına buğa heykəlləri yerləşdirilib. Demək olar ki, bütün magistral yol boyunca bu buğaya rast gəlmək mümkün idi. 1994-cü ildə dövlət tərəfindən qəbul edilən qanuna görə, yol kənarındakı buğa heykəllərini yığışdırmaq qərarına gəlinir. Lakin bu qərar cəmiyyət arasında, hətta müğənnilər tərəfindən belə etirazla qarşılanır. Daha sonra İspaniya parlamenti buğa simvolik reklam panellərinin yol kənarlarından yığılmayacağını və mədəni əhəmiyyətli bir simvol olduğunu elan edib.

ПоѠожее изображение

 

Çin – Əjdaha

Əjdahanın mifoloji varlıq olduğu, günümüzdə hələ də yaşayıb yaşamaması müzakirə edilən mövzulardandır. Lakin əjdaha obrazı dünyada bir çox kitablarda, filmlərdə və s. yerlərdə yer alıb. Əjdaha şərq mədəniyyətlərindən qərb sivilizasiyalarına qədər müxtəlif formalarda simvollaşdırılıb. Bir çox millətlər bayraqlarına əjdahanı simvol etsə də, bu, daha çox Çinlilər tərəfindən mənimsənən heyvan simvoludur. Qərb mədəniyyətində əjdaha neqativ varlıq olaraq qəbul edilsə də, Çində və bəzi Şərq bölgələrində Əjdaha gücü təmsil edir. Mədəniyyət və dini dəyərlərə görə əjdaha bu gün Çinin simvollarından biridir.

ПоѠожее изображение

 

İngiltərə - Aslan

Meşənin kralı sayılan aslan bu günə kimi bir çox ölkənin simvolu olub. Lakin İngiltərə bu günə qədər aslan simvolunu qoruyub saxlayan yeganə ölkədir. Onu da qeyd edək ki, aslan simvolu İngiltərə üçün çox önəmli sayılır.

Картинки по запросу ingiltere aslan

 

Rusiya – Ayı

Ayı daha çox 2000-ci illərdən sonra Ruiyanın simvolu olaraq xarakterizə edilməyə başlanılıb. Ayının xüsusilə rusların simvolu olaraq analiz edilməsi onların fiziki və coğrafi şərtləri ilə bağlıdır. Ayı fiziki gücünə görə meşədə hakimiyyət qurmuş heyvanlardan sayılır. Bu səbəbdən ayı rus coğrafiyasında önəmli güc simvolu olub. Rus ənənələrinə görə, ayı itdən fərqli olaraq, təmiz heyvan hesab olunur. O, insanı bəd nəzərdən qorumaqla yanaşı, günahkarları da cəzalandırır. Əvvəllər xalq inanclarına görə, ayı Allahın izni ilə günah işlədən insana hücum edib, onu yeyə bilərdi.

Turan Oruc
Musavat.com

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300