Neftçalada həkim səhlənkarlığından yeni doğulan uşaq  tələf olub-ŞİKAYƏT

Neftçala Mərkəzi Rayon Xəstəxanasında həkim səhlənkarlığından uşaq ölümü baş verib. Beləki uluyol.az-ın elektron ünvanına şikayət məktubu yollayan Taleh Abdullayev bunları qeyd edir:

 "Adiyyatı qurumlara məsələ ilə bağlı bildirmişəm, 102 qaynar xəttinə də iki dəfə zəng edib şikayətimi demişəm. Onlayn qəzetlər vasitəsilə də yayılmasında maraqlıyam. Ona görə maraqlıyam ki, mən heç bir vətəndaşımızın başına istəmirəm mənim çəkdiklərim gəlsin. Övladın olur ancaq sən "gün yarım" sevinə bilirsən...

Keçən ayın 30-u Neftçala Mərkəzi Rayon Xəstəxanasında uşaq dünyaya gəlib. Doğuşa cavabdeh Siveta Cəfərova idi, oda növbəni Aynurə həkimə verdi. Yeni doğulan uşaqlarda oksigen çatışmazlığı olur. Bizimdə uşağın oksigen çatışmazlığı olub. Di gəl ki, xarabada oksigen aparatı yoxdur.Turbası iki yerdən deşilib. Pulunuda alırlar, dava-dərmanıda aldırılar, canımızda alırlar. Day bunun nəyi sağlıqlıq yeri, həyata qayıdış oldu ki?!

Səhəri gün uşağın öldüyünü görüb bunların üstündə qalmasın deyə Bakıya yolladılar. Təmiz əsəb üzərinə əsəb. Deməli növbədə olan təcili yardımın sürücü yoxdur. Gözləyirik digəri gəlir. Onun da içi bomboş, daha doğrusu var ancaq təcili yardım maşınına, xəstəxanaya aid olmayan. Buğda, kəpək kisələri. Bəli, təcili yardım maşınında kəpək kisəsi. Elə uşağıda o kisələrin üzərində apardılar. Hansı ki, xüsusi balış və tərpənməsin deyə  avadanlıqlar olmalıydı. Day qucaqda, kisənin üzərində yox. Yarı yolda, Xələcdən qaytardılar ki, uşaq ölüb. Guya burda bilmirdilər,  sadəcə olaraq üzərilərində qalmasın deyə oyun idi Bakıya aparmaqları.

Orada Polis əməkdaşları ərizəmi aldı. İndi yalvar yaxar edirlər ki, səhv bizdə olub ərizəni geri götürün. Baş həkim Telman Zahidovada dedim ki , keçməyəcəm. Aldıqları 250 manatı da qaytarırdılar, almadım. Burası dövlət xəstəxanasıdır... O dövlət xəstəxanası ki, yaxın keçmişdə ölkə başçısı birbaşa açılışında iştirak etmişdi. Elə o kadrlardan görünən o idi ki, ən son avadanlıqlarla təhciz olunub xəstəxanamız. Biz kadr arxası xəstəxananın təcili yardım maşınının fermaya rels etdiyini bilmirdik. Biz bilmirdik ki, baş həkimin fermasında inəklər kəsiləcək və 12 manatdan həkimlərə satılacaq. Məcburi almalısan. Bax belə. Elə isə burada tibbdən, səhiyyədən söz gedə bilərmi?

 Əvvəl uşağın ölümünün bunların ucbatından olduğunu biləndə, bəhanə etdilər ki, ciyərləri xəstə olub. Dedim yaxşı, onda hansı aparata salmısızsa, gətirin baxım. Heç nə yoxdur əllərində. Sadəcə olaraq digərlərinə dediklərini mənə deyirlər, əzbərlərində olan sözdür.Məndə ona görə bunun üzərinə gedirəm ki, əzbərlərin pozulsun. Millətə düz əməlli xidmət göstərsinlər.

Neftçala rayon IQaralı kənd sakini Abdullayev Taleh Mirəziz oğlu".

 

Uluyol.az 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300