Ərdoğan ABŞ-ın iki nazirinə sanksiya tətbiq edilməsi barədə göstəriş verib

 

"ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarının dondurulması barədə bu gündən tapşırıq verirəm”.

"Report” "CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) Qadın qollarının (təşkilatının) növbəti - V qurultayında bildirib.

"ABŞ-ın sanksiya qərarı strateji ortaqlığa yaraşmır. Belə bir sanksiyanı qəbul etmək də mümkün deyil. Dünən axşamadək səbr etdik. Əgər ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədə əmlakı varsa, onların dondurulması barədə bu gündən tapşırıq verirəm.

Bu məsələdə ABŞ prezidenti Donald Trampı oyuna salıblar. Oyunu quranları da tanıyrıq. Bu oyunu cənab Trampın pozması lazımdır”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Ağ ev Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamit Gülə sanksiya tətbiq edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300