Kütləvi savadsızlığın güzgüsü: sosial media - Xalq şairi tənqid etdi » Ulu Yol Xəbər portalı

            Kütləvi savadsızlığın güzgüsü: sosial media -Xalq şairi tənqid etdi

 

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ana dili ilə bağlı maraqlı məqama toxunub.

 

BakuPost xəbər verir ki, o, ana dili tələblərinin sosial mediada həddən çox pozulduğunu dilə gətirib, bütövlükdə dil bilgisinin zəifliyinin heyrət doğurduğunu deyib: "Ana dili-dövlət dili xalqın ümumi sərvətidir. Onun təmizliyini qorumaq, inkişafı qayğısına qalmaq hamımızın borcudur. Sosial media cəmiyyətdə yazı məsuliyyətini artırsa da, bütövlükdə dil bilgisinin zəifliyi heyrət doğurur. Ana dilinin yazı tələblərinin pozulmadığı, orfoqrafiya qaydalarının qorunduğu az yazı tapmaq olar. Sosial media kütləvi savadsızlığın güzgüsüdür. Elə bil çirkli, süzülmüş, yamaqlı paltar geyinib, çıxırlar camaat arasına. Xətirlərinə dəyməsə, adam bir guşə açıb rastlaşdığı dil qüsurlarını göstərər”.

 

S. Rüstəmxanlı sosial şəbəkələrdə şeirə dəxili olmayan qafiyəli yazıların hamı tərəfindən bəyənilməsini tənqid edir:"Hər kəsin dostu-yoldaşı, çevrəsi var, bəllidir, ancaq ədəbiyyat işi buna baxmaz... Bir də baxırsan şeirə dəxili olmayan bir qafiyəli yazı qoyublar, altında 50 dənə "bəh-bəh"... Doğrudanmı şeir bu qədər ucuzlaşıb? Sonra da o yazılar kitablara çevrilir. Qarşıma elə kitablar çıxır ki, içində bircə dənə əsl şeir yoxdur, amma müəllif bütün yaradıcılıq təşkilatlarının üzvüdür və iddiası yerə- göyə sığmır. Tənqid susur. Bu antiədəbiyyata, poeziyadan uşaq kitab axınına, bu zövqsüzlüyə, bu məsuliyyətsizliyə "dur” deyən yoxdur. Beləliklə, bədii sözün meydanı da işğal olunur, söz dəyərdən düşür. Məncə, bu məsələlər diqqətdən kənarda qalmamalıdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300