"Traktor” stadiona azarkeşsiz çıxdı –İran təmsilçisi ilə "sülh”

Futbol üzrə İran Super Liqası start götürüb.

Teleqraf.com xəbər verir ki, mövsümün ilk oyunlarında Güney Azərbaycanın Təbriz şəhərini təmsil edən "Traktor” "Nəssaci” (Mazandaran) ilə qarşılaşıb.

Təbriz təmsilçisinin ev sahibi olduğu görüş 1-1 hesabı ilə başa çatıb.

Oyunu 40-cı dəqiqədə "Traktor”un irlandiyalı "ulduz”u Antoni Stoks açıb. Rəqib komanda qarşılaşmanın 66-cı dəqiqəsində Mehdi Nəzərinin qolu ilə hesabı bərabərləşdirib.

Qeyd edək ki, "Traktor” İran Futbol Federasiyasının İnzibati Komitəsinin qərarına əsasən, azarkeş olmadan keçirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300