Denqe qızdırması yenə baş qaldırdı - HARADA?

 

Kubanın Kamaquey vilayətində denqe qızdırması yayılıb. Trend-in məlumatına görə, vilayətdə artıq 7 xəstəliyə yoluxma faktı qeydə alınıb, bunlardan üçü ölümlə nəticələnib.

Bununla əlaqədar olara Rusiya XİN bu ölkəyə səfər etmək istəyən vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.

Bundan öncə Rusiya Səhiyyə Nazirliyi ölkə vətəndaşlarının Vyetnam, Tailand, İndoneziya, Hindistan, eləcə də Honkonq və Maldiv adalarını ziyarət etdikdən sonra bu xəstəliklə ölkəyə dönmələri faktının olması barədə məlumat yaymışdı.

Qeyd edək ki, Kubanın bir neçə əyalətində də denqe xəstəliyi və Zika virusu ilə yoluxma halları qeydə alınıb. Son bir neçə həftə ərzində azı 10 nəfərin denqedən həyatını itirdiyi bildirilib.

2017-ci ildə denqe xəstəliyinə yoluxma halları əvvəlki illərə nisbətən 68 faiz azalmışdı.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300