İtdən, təyyarədən, atdan qorxan dünya liderləri -Fobiya

Verdikləri qərarlarla dünya düzənində dəyişikliklərə səbəb olan liderlər əslində bir-birindən fərqli fobiyalara sahibdirlər.

Teleqraf.com bu dəfə dünyada tanınmış siyasi liderlərin hansı fobiyalara aludə olduğunu oxucularına təqdim edir:

 

Merkel

Almaniyanın hazırkı baş naziri Angela Merkel uşaqlıq dövründə köpəyin hücumuna məruz qalıb. Bu isə daim onun yaddaşına həkk olunub.

Merkel it görən kimi həyəcanlanır. Məhz bu səbəbdən də Rusiya lideri Putin Merkelin bu fobiyasından dəfələrlə yararlanıb. Merkelə it hədiyyə edən Putin Almaniya lideri ilə görüşlər zamanı Koni adlı itini də özü ilə götürməyi unutmur.

 

Buş

ABŞ-ın sabiq prezidenti Corc Buş at görəndə uşaqlıqda keçirdiyi psixoloji sarsıntını yenidən yaşamalı olur. Kovboyların məşhur Texas əyalətində yaşayan Buş sonralar Meksikanın lideri Viçento Foxsun at üzərində gəzmək təklifini düşünmədən rədd edib.

 

Qəddafi

Liviyanın öldürülən lideri Qəddafinin ən dəhşətli fobiyası bağlı məkanlarda gecələmək olub. Məhz bu səbəbdən də Qəddafi səfər etdiyi ölkələrə özü ilə yanaşı bədəvi çadırını da götürüb. Xarici ölkələrdə çadırını qurduran Qəddafi gecələr rahat yata bilirmiş.

 

Kim Yonq

Şimali Koreyanın sabiq lideri Kim Yonq-il 1976-cı ildə keçirdiyi helikopter qəzasından sonra təyyarədən istifadə etməyə qorxub. Bu səbəbdən də əksər səyahətini zirehli qatar vasitəsilə həyata keçirib.

 

General Than
Myanmanın sabiq diktatoru, general Than Shve adətən astroloji proqnozlar əsasında hərəkət edirmiş. Diktator astroloqların məsləhətindən sonra paytaxtı Yanqondan Naypidodu şəhərinə köçürüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300