Turizmdən ən çox pul qazanan ölkələr – SİYAHI

 

Turizm hər bir ölkə üçün həyati əhəmiyyətə malikdir.

Dünyada bir çox ölkənin gəlirinin böyük hissəsini turizmdən gələn gəlirlər təşkil edir. Son illərə baxsaq turizm sahəsindən əldə olunan gəlirin fantastik rəqəmlərə çatdığını deyə bilərik. Misal üçün 1950-ci ildə turizmdən əldə olunan gəlir 2 milyard dollar idisə 2017-ci ildə bu rəqəm 1.26 trilyon dollara çatıb.

Minval.İnfobu məqalədə turizmdən ən çox gəlir əldə edən ölkələrin adlarını açıqlayacaq.

(bütün rəqəmlər "UNWTO” yəni Beynəlxalq Turizm Agentliyinin açıqladığı rəqəmlərdir)

1.ABŞ

ABŞ illərdir ki, adı turizmdən ən çox pul qazanan ölkələrin başında gəlir. Şəhər həyatını sevənlər üçün bu ölkə bir nömrəli mərkəzdir. Nyu-York, Los Ancels, San Fransisko, Mayami kimi şəhərlər turist axımına uğrayır. Bu ölkənin turizmdən əldə etdiyi gəlir (2017-ci il üçün)205.9 milyard dollartəşkil edib. Bura gələn turistlərin sayı isə 75.6 milyondur.

2.İspaniya

İspaniya son illərdə turizm sahəsini ən çox inkişaf etdirən ölkələrdən biridir. Aralıq dənizinin qumsallarından yaxşı istifadə edən ölkə (2017-ci il üçün)60 milyard dollargəlir əldə edib. Tarixi Barselona və Madrid şəhərlərindən başqa müasir əyləncə mərkəzlərindən İbiza da turistlərin sevimli iqamətgahlarındandır.

3.Tailand

Tailandınturizmpotensialına tarixi abidələr,kurortlar,çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Tailand toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara,balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları,avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir.

Bu ölkənin (2017-ci il üçün) turizm gəliri49.9 milyard dollarolub. Ölkəyə gələn turistlərin sayı 32.6 milyon olub.

4.Çin

Çin gəzməli-görməli yerlərin çoxluğu ilə seçilir. Xüsusilə buranın qədim tarixi turistləri cəlb edir. Bu ölkənin turizmini fərqləndirən cəhətlərdən biri təkcə xarici turizmin yox, daxili turizmin də inkişaf etmiş olmasıdır.

Çinin (2017-ci il üçün) turistlərdən qazandığı gəlir44.4 milyard dollardır.Buraya gələn turistlərin sayı 56.9 milyon olub.

5.Fransa

Fransa ölkəyə gələn turistlərin sayına görə dünyada birinci yerdədir. Buraya gələn turistlərin sayı 82.6 milyon, qazanılan gəlir isə42.5 milyard dollardır.Fransada turizm, otelçilik, restoran işlətməçiliyi üzrə 900–dan çox təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sahədə xidmət səviyyəsi ən yüksəkdir.

6.İtaliya

İtalyadaki qədim Kolizeyi, Pisa qülləsi və digər tarixi abidələr hər il milyonlarla turisti cəlb edir. İtaliyanın bu sahədən əldə etdiyi gəlir40.2 milyard dollarbura gələn turistlərin sayı isə 50.7 milyondur.

7.Birləşmiş Krallıq

Birləşmiş krallıq hər zaman turistlərin sevimli məkanlarından olub. Tarixi şəhərlər, London, Mançester, Qlazqo və digər şəhərlərə hər il milyonlarla turist gəlir. (2017-ci il üçün) turizmdən əldə etdiyi gəlir39.6 milyard dollar,buraya gələn turistlərin sayı 35.8 milyon olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300