İnsanı bu qədər dəyərli edən nədir?

 

Quran buyurur:"Həqiqətən Biz Adəm övladlarına(maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla)kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə(hər birinə münasib miniklərə)mindirdik, onlara müxtəlif paklardan(təbiətlərinə uyğun olan şeylərdən)ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan(canlılardan, cinlərdən və mələklərin bir çoxundan)tam üstün etdik”. ("İsra” 70).

 

Təfsirçilərin bəziləri insanın kəramətini zahiri gözəlliyində, bədən quruluşunun mütənasibliyində görürlər.

 

Ancaq bəzilərinin nəzərinə görə, insan kəraməti ruhi üstünlüklərinə və ali istedadlarına, ağıl gücünə, Allaha qarşı mərifətinə əsasən tanıdılmalıdır.

 

Əlbəttə, insan bütün bu üstünlüklərə malikdir. Allah Təala bütün bu deyilənlərin hamısına görə insanı kəramət sahibi hesab edə bilər.

 

Ancaq əsil məqsəd odur ki, bu qədər üstünlüyə sahib olan insan təkamül edə bilirmi? Əgər təkamül edirsə, dəyərlidir. Əks halda heyvandan da aşağı səviyyəyə düşər. (Həvzəh)

 

Bu ayədən çıxartdığımız nəticələr:

1. İnsan bəşər aləminin gözəlliyidir.

2. İnsan Allah yanında başqa məxluqlardan daha dəyərlidir.

3. Allah insana nəql vasitələri, minik vasitələri kimi nemətlər vermişdir.

4. Ona pakizə yeməklər vermişdir ki, bu da insana nə qədər dəyər verməsinin göstəricisidir.

5. Allah Təala istəyir ki, insan qalan məxluqlar və varlıqlar arasında öz yerini yaxşı tanısın və özünə dəyər versin.

 

/Deyerler.org/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300