Sumqayıtda 25 yaşlı qız itkin düşüb

 

 Sumqayıt şəhərində 25 yaşlı qız itkin düşüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki uşaq bağçalarından birində məskunlaşmış, Ağdam rayonunun Xıdırlı kənd qeydiyyatında olan 1993-cü il təvəllüdlü Məhərrəmova Zülfiyyə İlqar qızı bu ilin iyulun 8-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Məhərrəmova Zülfiyyə İlqar qızının əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, baş saçının rəngi şabalıdıdır. Çiynində, sağ biləyində və sağ ayağı üzərində qara rəngli ət xalı var. Fiziki və əqli cəhətdən sağlamdır.

Məhərrəmova Zülfiyyə İlqar qızı barəsində məlumatı olan şəxslərdən Sumqayıt Şəhər Polis İdarəsinə 018-65-4-02-02, 018-65-4-42-03, 055-515-39-66 telefon nömrələri ilə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300