ABŞ Rusiyanın 12 kəşfiyyatçısının adını, iş ünvanını elan, əməllərini faş etdi- İTTİHAM » Ulu Yol Xəbər portalı

       ABŞ Rusiyanın 12 kəşfiyyatçısının adını, iş ünvanını elan, əməllərini faş etdi-İTTİHAM

 

ABŞ Ədliyyə Nazirliyi keçən həftə Rusiya Baş Kəşfiyyat İdarəsinin zabitlərinin adları çəkilməklə 29 səhifəlik ittiham aktı hazırlayıb.

Bu aktı hətta "Fox nyus” kanalının aparıcısı Kris Uolles Vladimir Putinlə müsahibədə ona təqdim edib. Putin isə Uollesin uzatdığı sənədi götürməyərək onu masanın üstünə qoymasını istəyib.

Musavat.comxarici mətbuata istinadən xəbər verir ki, Baş prokurorluq adları çəkilən hərbçiləri Demokrat Partiyasının serverlərini sındıraraq respublikaçıların namizədi Donald Trampa yardım etməkdə, habelə amerikalılar;n içində parçalanma yaratmaqda suçlayır.

İttiham aktında hərbi kəşfiyyatın Moskva və Ximki şəhərlərində olmaqla iki hissədə çalışdıqları bildirilir.

Qərbdə isə bu qrup "Fancy Bear”, yəni "Dəbli ayı” olaraq tanınır.

Ä°TTÄ°HAM.jpg (230 KB)

 

Prokuror Robert Müllerin tərtib etdiyi aktdakı siyahıda öncəViktor Borisovç Netıkşonun adı gəlir. Bu adam Moskvadakı Komsomolski prospektində 20 saylı evində yerləşən26165saylı kiberhərbi hissəyə rəhbərlik edib.

Aktda həmin ünvanda vaxtilə SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin şifrələrin çözülməsi və kriptoanalizlə məşğul olan xüsusi idarəsinin yerləşdiyi vurğulanır.


 

İkinci sırada mayor Boris Alekseyeviç Antonov gəlir. Antonov 26165 saylı hissədə xüsusi qrupa rəhbərlik edib. Bu qrup ABŞ-ın siyasi, hərbi və qeyri-hökumət təşkilatlarının kompüterlərinin fişinq (saxta) məktublar vasitəsilə sındırılmasıyla məşğul olub.

SənəddəDmitri Sergeyeviç Badinadlı hərbçinin adı qeyd olunub. Onun Antonovun müavini olduğu bilinir.

Hərbi hissədə xidmət edən İvan Sergeyeviç Yermakov "Keyt.S. Milton”, "Ceyms Makmorqans”, "Karen Millen” psevdonimləri altında hakerlik edib.

Baş leytenant Aleksey Viktoroviç Lukaşov Demokrat Parityasının seçki qərargahının rəhbəri Con Podestaya saxta məktub göndərməklə partiyanın kompüter serverlərini ələ keçirməkdə günahlandırılır.

Polkovnik-leytenant Sergey Aleksandroviç Morqaçov isə bütün bu müdaxilələri həyata keçriməyə imkan verən X-agent adlı virus proqramını hazırlamaqda və onu tətbiq etməkdə ittiham olunur.

Картинки по запросу x-agent democrat party servers

 

Morqaçovun rəhbərliyi altında leytenant Nikolay Yuryeviç Kozaçek, Pavel Vyaçeslavoviç Yerşov, kiçik leytenant Artyom Andreyeviç Malışev (djangomagicdev, realblatr nikneymləri altında) çalışıb.

Polkovnik Aleksey Vladimiroviç Osadçuk isə Ximki şəhərində, Kirov küçəsi 22 saylı evdə yerləşən 74455 saylı hərbi hissəyə rəhbərlik edib. Baş Kəşfiyyat İdarəsində bu hərbi hissəni "Qüllə” adlandırıblar.

74455 saylı hərbi hissəsinin əsas fəaliyyət sahəsi oğurlanan sənədləri "DCLeaks” и "Guccifer 2.0” haker saytlar vasitəsilə yaymaq olub.

Картинки по запросу ГРУ Химки fancy bear

 

Dcleaks.com domeni 2016-cı ilin aprelin 19-da yaradılıb. 2017-ci ilin martına qədər bu sayt milyon səhifədən çox sənədi yaymağa müvəffəq olub.

Guccifer 2.0 isə Demokrat Partiyası 2016-cı ilin iyun ayını 14-də serverlərinin sındırıldığını bəyan etdikdən sonra yaradılıb. BKİ əməllərini ört-basdır etmək üçün "Guccifer”i guya hansısa rumın hakerinin yalançı adı olduğunu təlqin etdirmək istəyib.

74455 saylı hərbi hissədə Aleksey Aleksandroviç Potyomkinin adı çəkilir. O, məxfi kiberəməliyyatlarda istifadə olunan kompüter infrastrukturuna rəhbərlik edib.

Sənəddə göstərilir ki, Antonov, Badin, Yermakov və Lukaşov Demokrat Partiyasının funksionerlərinə yalançı məktublar göndərməklə serverin şifrələrini qıraraq daxil ola biliblər.

Картинки по запросу john podesta hacked

 

Con Podesta

Məsələn, 2016-cı ilin martın 18-də Lukaşov Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestaya "john256gh” yalançı ünvanı ilə fişinq məktubu göndərib. Podestaya elə gəlib ki, məktub ona "google” şirkətinin adından gəlib və şirkət ondan təhlükəsizlik məqsədilə göndərilən linkə basmaqla elekron ünvanının parolunu dəyişməyi təklif edib. Heç bir şeydən xəbəri olmayan Podesta bunu edib və beləliklə Lukaşov və onun yoldaşları təxminən 50 min məktubu birdən ələ keçirməyə nail olublar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300