Britaniyalı nazirdən Türkiyə etirafı: “Xəta etdik!” » Ulu Yol Xəbər portalı

           Britaniyalı nazirdən Türkiyə etirafı: "Xəta etdik!”

 

Böyük Britaniyanın ekologiya naziri Maykl Qouv bu gün hər kəsi təəccübləndirən maraqlı açıqlama verib.

Musavat.com Türkiyənin "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, nazir Qouv Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı keçirilən referendumda Türkiyənin anti-təbliğat vasitəsi kimi istifadə olunmasını böyük xəta adlandırıb.

Maykl Qouvun fikrincə, Böyük Britaniya əhalisinin radikal sağ kəsimlərinin referendumda ayrılmaq üçün səs verməsindən ötrü onlar Türkyənin Avropa Birlyinə daxil olacağı perspektivini əsas göstəriblər

Bununla da Britaniya seçicilərini əbəs yerə qorxudublar.

"The Guardian”ın xəbərinə görə, "Breksit” referendumunda Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasının ən qızğın tərəfdarlarından biri sayılan Qouvun iki il sonra peşman olduğu gözə çarpır.

Qeyd olunur ki, "Breksit” məsələsinin üstündən 2 il keçməsinə rəğmən Böyük Britaniyada bununla bağlı mübahisələr hələ də səngiməyib.

"BBC türkce”nin məlumatına görə, indi bütün tənqidlər "Breksit”dən çıxış yolu tapa bilməyən baş nazir Tereza Meyə yönəlib.
Hətta baş nazirin mənsub olduğu Mühafizəkarlar partiyasının üzvü olan keçmiş təhsil naziri Castin Qrininq ikinci referendumun təyin olunması barədə çağırış edib.

"The Times” qəzetinə yazan Qrininq Tereza Meyin irəli sürdüyü "Breksit”lə bağlı saziş planının uydurma və bərbad olduğunu bildirib.

Qrininq "son qərarı işi dalana sürükləyən siyasətçilər deyil, xalq verməlidir” deyə yazıb.

Keçmiş nazirin yanvar ayında kabinetiçi mübahisələrdən sonra istefa verdiyi bilinir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300