Fransa yığmasının dünya çempionu olmasına görə Parisdə 6 metro stansiyasının adı dəyişdirilib » Ulu Yol Xəbər portalı

       Fransa yığmasının dünya çempionu olmasına görə Parisdə 6 metro stansiyasının adı dəyişdirilib

 

Fransa millisinin ikiqat dünya çempionu olması şərəfinə Parisdə 6 metro stasiyasının adı müvəqqəti dəyişdirilib.

"Report" Paris Şəhər Nəqliyyatı İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki stansiya Fransa yığmasının baş məşqçisi Didye Deşamın şərəfinə adlandırılıb. Bunlar "Clemenceau Notre Didier Deschamps" və "Deschamps Elysees"dir.

Bir stansiya komandanın qapıçısı Uqo Lyorisin şərəfinə "Victor Hugo Lloris" adlanacaq. Daha bir stansiya komandanın formasına ikinci ulduzun əlavə olunmasına görə dəyişdirilərək, "On a 2 Etoiles" adlandırılıb. Nəhayət, komandaya dünya çempionu olması qarşılığında təşəkkür əlaməti olaraq, "Bercy les Bleus" adlı stansiya peyda olub.

Qeyd edək ki, Fransa millisi Rusiyadakı dünya çempionatının finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300