Fransa 20 il sonra dünya çempionu oldu

Rusiyada keçirilən dünya çempionatı başa çatıb.

 

 

Qaynarinfo xəbər verir ki, bu gün turnirin final matçı keçirilib. Moskvadanın "Lujniki" stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gəlib.

 

Onlar 62 oyunluq mübarizənin ardından - yarımfinal görüşlərindən sonra bir-birilərinə rəqib olublar. Ötən gün 63-cü matçda bürünc mükafatçı müəyyənləşmişdi. Belçika İngiltərəni 2:0 hesabı ilə yenərək, mundiallar tarixinində ilk dəfə 3-cü yeri tutub.

 

Finalda isə Xorvatiya tarixi nailiyyətə imza ata bilərdi. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin etmiş və bürünc medal qazandıqları "DÇ-1998"dəki nailiyyətini yaxşılaşdırmışdı. Onlar 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya uduzmuşdu - 1:2.

 

Xorvatların intiqam almaq istəyi baş tutmayıb. Hesab 18-ci dəqiqədə açılıb.Mario Macukiçinavtoqolu Fransanı sevindirib. Xorvatiya 10 dəqiqə sonraİvan Perişiçinqolu ilə bərabərliyi təmin edib. 38-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirənAntoine QrizmannFransanı yenidən heabda önə keçib. 59-cu dəqiqədəPaul Poqba, 65-ci dəqiqədəKilian Mbappefrəqlənib. Son nöqtəni isə 69-cu dəiqədə Mario Macukiç qoyub - 4:2.

 

Bununla da Fransa millisi 20 il sonra dünya çempionu olub.

 

DÇ-2018

Final

 

15 iyul

Fransa - Xorvatiya 4:2

Qollar:Antoine Qrizmann, 19; 39.Paul Poqba, 59.Kilian Mbappe, 65-İvan Perişiç, 28.Mario Macukiç, 69.

Fransa:1. Hüqo Lloris (k), 2. Benjamin Pavar, 4. Rafael Pavar, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antoine Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandez.

Ehtiyat oyunçular:16. Stiv Mandanda, 23. Alfonso Areola, 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Osman Dembele, 12. Sorentin Tolisso, 15. Stiv Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florin Tauvin, 22. Benjamin Mendi.

Baş məşqçi:Didye Deşam.

Xorvatiya:23. Daniel Subaşiç, 2. Şimo Vrasilko, 3. İvan Ştirniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Macukiç, 18. Ante Rebiç, 21. Domoqoy Vida.

Ehtiyat oyunçular:1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyatsa, 22. Yosip Pivariç.

Baş məşqçi:Zlatko Daliç.

Hakimlər:Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (Argentina), Byörn Kuypers, Ervin Zeinstra (Hollandiya).

Moskva, "Lujniki" stadionu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300