Yuxarı Qarabağ su kanalında batan yeniyetmənin meyiti tapılıb

 

Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində batmış yeniyetmənin meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, iyunun 14-də batan 16 yaşlı Yaqubov Elgün Vüqar oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən bu gün səhər tapılaraq sudan çıxarılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin Ağcabədi rayon şöbəsinə təhvil verilib. Meyitə baxış keçirən tibbi ekspertlər heç bir zorakılıq əlamətləri aşkar etməyiblər.

Faktla bağlı araşdırmalar davam edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300