Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib » Ulu Yol Xəbər portalı

             Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

 

Gürcüstan parlamenti ötən gün növbədənkənar iclasında hökumətin yeni tərkibinə etimad göstərib.

APA-nın yerli bürosunun məlumatına görə, yeni hökumətin lehinə 101, əleyhinə isə 12 deputat səs verib.

Qonşu ölkənin yeni hökuməti 10 nazirlik və bir dövlət naziri aparatından ibarət olacaq.

Əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə üç yeni nazir təmsil olunub. Bunlar iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və maliyyə naziri İvane Maçavarianidir.

Digər nazirlər isə yeni hökumətdə öz vəzifələrini saxlayıblar. Bunlara xarici işlər naziri David Zalkaliani, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, daxili işlər naziri Giorgi Qaxariya, ədliyyə naziri Tea Tsulukiani, müdafiə naziri Levan İzoria, qaçqınlarla iş, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili daxildir.

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də vəzifəsində qalıb.

Qeyd edək ki, Gürcüstanın əvvəlki hökumətində 13 nazirlik və bir dövlət naziri aparatı olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300